“San-Paulu” klubu Ceymi Vardi ilə əlaqə saxlayaraq kluba azad agent kimi qoşulmaq təklifi ilə çıxış edib.
Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
39 yaşlı futbolçunun bir neçə variantı qiymətləndirdiyi bildirilir. Gələcək klubu ilə bağlı hələlik yekun qərar verilməyib.
Vardi 2012-ci ildən 2025-ci ilə qədər “Lester Siti”də oynayıb. O, 2025/26 mövsümünü A Seriyasında “Kremoneze”də keçirib.