İsrail Hərbi Hava Qüvvələri Amerikanın Lockheed Martin şirkəti tərəfindən istehsal olunmuş üç yeni beşinci nəsil F-35 qırıcı təyyarəsi alıb.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, yanvarın 18-də İsrailin cənubundakı Nevatim hava bazasına üç təyyarə eniş edib. Onlar İsrail Hərbi Hava Qüvvələrinin 116-cı və 140-cı eskadrilyalarının sıralarına qoşulacaqlar.
Qeyd edək ki, 2010-cu ildə İsrail ABŞ-dan F-35 qırıcıları almaq qərarına gəlib. İlk iki qırıcı 2016-cı ilin dekabr ayında Nevatim Hava Bazasına enib və bir il sonra ordu qəbul prosedurunu başa çatdırıb.
“The Times of Israel” qəzetinin yazdığına görə, bu üç qırıcının gəlişi ilə İsrail Hərbi Hava Qüvvələrindəki F-35-lərin ümumi sayı 48-ə çatıb.
Anar