Dünya 21-01-2026, 06:40

ABŞ NATO-nun 30 mexanizmində iştirakını azaldacaq

ABŞ NATO-nun 30 mexanizmində iştirakını azaldacaq
Pentaqon rəhbərliyi ABŞ Silahlı Qüvvələrinin NATO-nun təxminən 30 mexanizmində iştirakını azaltmağı planlaşdırır.

Planetinfo.az xəbər verir ki, “The Washington Post”un öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu, Tramp administrasiyasının ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmaq üçün atdığı yeni addımdır.

Nəşrin yazdığına görə, enerji təhlükəsizliyi, dəniz müharibəsi, xüsusi əməliyyatlar və kəşfiyyat üzrə məsləhət qruplarında Amerikanın iştirakını azaltmağı nəzərdə tutur.

Həmsöhbətlər vurğulayıblar ki, bu addım bir neçə aydır nəzərdən keçirilir və ABŞ və Danimarka, eləcə də digər NATO müttəfiqləri arasında Qrenlandiya ilə bağlı gərginliyin artması ilə bağlı deyil.

Nəsimi

Xəbər lenti