Dünya 22-01-2026, 06:42

"Amerika hərbçiləri Arktikada təhlükəsizliyi təmin edə bilmirlər"

"Amerika hərbçiləri Arktikada təhlükəsizliyi təmin edə bilmirlər"
Britaniyanın “The Times” qəzeti mənbəyə istinadən yazır ki, Amerika hərbçiləri Arktikada təhlükəsizliyi müstəqil şəkildə təmin edə bilmirlər, çünki o, sərt və soyuq şəraitdə əməliyyatlara Şimali Avropanın NATO üzvü olan ölkələri ilə müqayisədə daha az hazırdır.

Planetinfo.az xarici mətbuata istinadən xəbər verir ki, nəşrin yazdığına görə, 2025-ci ilin martında Norveçin şimalında keçirilən NATO-nun Birgə Vikinq təlimləri zamanı ABŞ nümayəndələri xeyli çətinliklərlə üzləşiblər. Nəşrin məlumatına görə, manevrlərin təşkilatçıları müharibə oyunları zamanı düşmən rolunu oynamış fin ehtiyatda olan əsgərlərdən amerikalılara tabe olmağı xahiş ediblər

Mənbə onu da qeyd edib ki, ABŞ buzqıran gəmilərin tikintisində Finlandiyadan asılıdır. "Avropalıların lazımi təcrübələri var. Əgər Tramp regionu qorumaq istəyirsə, o, Arktikadakı müttəfiqlərini qıcıqlandırmaqla yanlış yola gedir", - o deyib.

Nəsimi

Xəbər lenti