Dünya 22-01-2026, 07:22

"Sülh Şurası" Qəzza probleminin həllinə kömək etməyəcək



ABŞ prezidenti Donald Trampın təklif etdiyi "Sülh Şurası" Qəzza probleminin həllinə kömək etməyəcək.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Şanxay Beynəlxalq Araşdırmalar Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin eksperti Han Cianvey deyib.

Onun sözlərinə görə, "Sülh Şurası" BMT-yə potensial alternativ kimi qəbul edilir:

"Hələlik bu şura yalnız Trampın şifahi vədləri kimi mövcuddur. Onun necə fəaliyyət göstərəcəyi məlum deyil və neçə ölkənin iştirak edəcəyi də bəlli deyil".

Ekspert qeyd edib ki, müvafiq şura əsasən Trampın özündən və onun yaxın silahdaşlarından ibarət olmalıdır:

"Digər ölkələr yalnız 1 milyard dollar ianə etdikdən sonra qoşula biləcəklər. Eyni zamanda, Şura daxilində onlar hər şeydə ABŞ-ın iradəsinə əməl etməli olacaqlar. Ona görə də bunun Qəzza məsələsinin həllinə kömək etməsi ehtimalı azdır. Çin artıq BMT-yə əsaslanan beynəlxalq nizama hörmət edilməli olduğunu bildirib".

Ekspert hesab edir ki, bu, sadəcə Trampın Qəzzanı turizm və ticarət mərkəzinə çevirmək cəhdidir.

Anar

Xəbər lenti