Dünya 23-01-2026, 07:32

“Əgər masada deyilsək, menyudayıq”

“Əgər masada deyilsək, menyudayıq”
Kanadanın baş naziri Mark Karni Davosda çıxışı zamanı Ərdoğanın məşhur ifadəsini dilə gətirərək, xəbərdarlıq edib. Bildirib ki, “köhnə qaydalara əsaslanan beynəlxalq nizam artıq dağılır”, “hazırda baş verənlər keçid yox, qırılma nöqtəsdir” və “nostalgiya yaşamağın, yas tutmağın mənası yoxdur”.

Siyasi şərhçi Asif Nərimanlı deyib ki, Karninin dedikləri mövud geosiyasi situasiyanın mənzərəsidir. Tramp Amerikası Vaşinqtonun liderlik etdiyi və qarantı olduğu nizamı yeniləyir. Davosda keçirilən “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanmasına köhnə nizamın dağılması mərasimi kimi baxmaq olar. Və belə görünür ki, ABŞ-ın Sülh Şurası yeni masadır. “Menyuda yox, masada olmaq” istəyən Azərbaycanın Sülh Şurasına qoşulması da bu kontekstdə qiymətləndirilə bilər.

Nəsimi

Xəbər lenti