Dünya 23-01-2026, 10:33

"Azərbaycanın beynəlxalq arenada nüfuzu artır"

"Azərbaycanın beynəlxalq arenada nüfuzu artır"
22 yanvar tarixində Davos şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Tramp ilə görüşünün baş tutmasını məmnunluqla qeyd edirik.

Planetinfo.az xəbər verir ki, bunu Özbəkistandakı Azərbaycan diasporasının rəhbəri Mobil Məmmədov deyib.

O, qeyd edib ki, bu görüş Azərbaycan dövlətinin beynəlxalq arenada artan nüfuzunun, balanslı və praqmatik xarici siyasətinin, eləcə də qlobal səviyyədə mühüm tərəfdaşlarla konstruktiv dialoqa verdiyi önəmin bariz nümunəsidir. Yüksək səviyyəli təmaslar beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı anlaşmanın və etimadın möhkəmləndirilməsinə xidmət edir:

"Özbəkistanda yaşayan Azərbaycan diasporu ölkəmizin milli maraqlarının beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə olunmasını yüksək qiymətləndirir və bu istiqamətdə atılan addımları dəstəkləyir".

Nəsimi

Xəbər lenti