Ərazi mübadiləsi məsələsi Rusiya, ABŞ və Ukrayna arasında 23-24 yanvar tarixlərində Əbu-Dabidə (BƏƏ) keçiriləcək üçtərəfli danışıqlarda əsas müzakirə mövzusu olacaq.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
"Donbas məsələsi əsas məsələdir. Üç tərəfli formatda, bu gün və sabah Əbu-Dabidə ətraflı müzakirə olunacaq", -deyə Zelenski vurğulayıb.
Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, ABŞ prezidentinin nümayəndəsi Stiven Vitkov və sahibkar Cared Kuşner arasında Moskvada Rusiya prezidenti Vladimir Putinlə aparılan danışıqlardan sonra tərəflər Rusiya-ABŞ-Ukrayna üçtərəfli təhlükəsizlik işçi qrupunun və Rusiya-ABŞ ikitərəfli iqtisadi məsələlər üzrə işçi qrupunun ilk iclasının Əbu-Dabidə keçirilməsi barədə razılığa gəliblər.
Bu arada Rusiya, ABŞ və Ukrayna danışıqlarının Əbu-Dabidə keçiriləcək mərhələsində sülh müqaviləsinin əsasını təşkil etməsi gözlənilən dörd sənəd ətrafında müzakirə aparılacağı bildirilib. Bu sənədlərdən biri Ukrayna Silahlı Qüvvələrinin Donbasdan tamamilə çıxarılması ilə bağlıdır.
Anar