Dünya 26-01-2026, 08:11

İran rejimnin yeni dünya düzənində yeri yoxdur



"İran rejimnin yeni dünya düzənində artıq yeri yoxdur. Trampın dünyaya sülh gətirmək planları ilə İranın varlığı düz gəlmir".

Planetinfo.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, İran rejimi artıq öz dağıdıcı rolunu oynayıb:

"İndi dünyanı idarə edənlərin planı dünyaya sülh gətirməkdir. Trampın gəlişi ilə nə qədər də dünyada ədalətin pozulduğunu iddia etsək də onun özünə məxsus metodları var və bu metodlar qeyri-standartdır. Güclünün haqqını qorumağa hesablanmış bu metodların əsasını təşkil edən addımlar məsələn, Qrenlandiyanın tələb olunması, Rusiyaya Donbasın verilməsi kimi, bu, dünyada böyük güclərin təhkükəsizliyinin qorunması üçün şərtdir və müəyyən mənada bunda həqiqət payı var".

Azər Qasımovun sözlərinə görə, beynəlxalq hüququn norma və prinsipləri buna uyğun gəlməsə də, görünən odur ki, ikinci dünya müharibəsindən sonra eyni prinsiplərlə yaradılmış dünya düzəni indi də eyni şərtlərlə bir daha belə qurulur:

"Onda da müharibələrin sonucunda dünya düzəni formalaşmışdı, indi də belə olur".

Anar

Xəbər lenti