Dünya 27-01-2026, 12:50

Hindistan AB ilə müdafiə sahəsində tərəfdaşlıq haqqında sənəd imzalayıb



Hindistan və Avropa Birliyi təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq haqqında sənəd imzalayıblar.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Hindistan Baş naziri Narendra Modi bildirib. Baş nazir deyib ki, Yeni Dehli bunun birgə müdafiə istehsalının genişləndirilməsinə imkan verəcəyinə ümid edir.

"Bu tərəfdaşlıq terrorizmə qarşı mübarizə, kibertəhlükəsizlik və dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığımızı daha da gücləndirəcək. Bu, həmçinin qaydalara əsaslanan beynəlxalq nizama ortaq öhdəliyimizi bir daha təsdiqləyəcək, Hind-Sakit okean bölgəsində əməkdaşlığı genişləndirməyə və müdafiə şirkətlərimiz arasında birgə istehsal üçün yeni imkanlar yaratmağa imkan verəcək",- deyə Modi bildirib.

Modi qeyd etdi ki, qlobal qeyri-sabitlik şəraitində Aİ-Hindistan tərəfdaşlığı beynəlxalq sistemdə sabitləşdirici amilə çevrilə bilər.

Anar

Xəbər lenti