Iraqda 2006-cı ilin mayından 2014-cü ilin avqustuna qədər baş nazir vəzifəsində çalışmış Nuri əl-Maliki yenidən ölkə hökumətini ələ keçirərsə, Vaşinqton İraqa dəstəyi dayandıracaq.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri bildirib ki, İraq kimi böyük ölkə Nuri əl-Malikini Baş nazir vəzifəsinə bərpa etmək kimi çox pis bir qərar verə bilər:
"Onun hakimiyyətdə olduğu sonuncu dəfə ölkə yoxsulluğa və tam xaosa qərq olmuşdu. Bunun bir daha baş verməsinə icazə verilməməlidir".
Tramp deyib ki, əgər o seçilərsə, ABŞ artıq onun ağlasığmaz siyasəti və ideologiyası üzündən İraqa kömək etməyəcək:
"Bizim köməyimiz olmadan İraqın uğur, çiçəklənmə və azadlıq şansı yoxdur".
Anar