Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğanla Birləşmiş Ştatlar prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Planetinfo.az Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinə istinadən bildirir ki, telefon danışığı zamanı ikitərəfli Türkiyə-ABŞ münasibətləri, Suriyadakı son vəziyyət, Qəzza Sülh Komitəsinin işi, xüsusilə müdafiə sənayesində ticarət əlaqələri və regional və qlobal inkişaflar müzakirə olunub.
Prezident Ərdoğan Türkiyə ilə ABŞ arasında əməkdaşlığın yaxşılaşdırılması üçün addımlar atmağa davam edəcəklərini və bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinin hər iki ölkənin qarşılıqlı maraqlarına uyğun olduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin qonşu Suriyada atəşkəs və inteqrasiya sazişinin tam şəkildə həyata keçirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb, ABŞ və Suriya hakimiyyəti ilə koordinasiyalı şəkildə prosesi yaxından izlədiklərini bildirib.
Türkiyə lideri Qəzza Sülh Komitəsinin səmərəli nəticələr əldə edəcəyinə ümid etdiyini bildirib və Qəzzada humanitar fəlakətin sona çatması, Qəzzanın yenidən qurulmasının bölgədə davamlı sülhün yolunu açacağına inandığını bildirib.
Anar