Dünya 28-01-2026, 01:28

"İranın məzhəbçilik siyasəti hər zaman Qərbin işinə yarayıb"

"İranın məzhəbçilik siyasəti hər zaman Qərbin işinə yarayıb"
İranın ərəb ölkələrinə yaratdığı təhdidə əsasən ABŞ bu ölkələrə külli miqdarda silah satır, pul qazanır. Eyni zamanda İsrail İran təhdidi əsasında bölgədə istədiyini həyata keçirir və nüvə silahı da daxil olmaqla böyük miqyasda silahlanır.

Planetinfo.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib.

Onun fikrincə, İran rejimi qədər indiyədək ABŞ və İsrailin maraqlarına xidmət edən ikinci müsəlman dövləti olmayıb. ABŞ Əfqanıstanı, İraqı işğal edəndə ona streteji dəstək verən, şərait yaradan məhz molla rejimi olub.

Ən əsası isə İranın İslam dünyasında apardığı məzhəbçilik siyasəti sayəsində müsəlmanların birliyinə ciddi zərbə vurması hər zaman Qərbin işinə yarayıb. İndi özlərinə belə yararlı bir rejimi devirməklə məqsəd regionda ondan daha yararlısını qurmaqdır. Amma yeni rejimin bu dəfə İraqda qurulması ehtimalı daha çoxdur. Suriyada normal dövlət qurulduqca yaxında ona yeni düşmən də mütləq yaradılacaq:

"Necə ki, vaxtilə Səddam Hüseynin İraqı gücləndirilməsi Xomeyninin İrana gətirilib ona qarşı müharibəyə cəlb edilməsi ilə nəticələnmişdi. Nuri əl Malikinin qabağa verilməsinə qarşı ABŞ prezidenti Donald Tramp etiraz edərək hətta İraqa yardımı dayandıra biləcəyini bəyan edib. İndidən Maliki ilə şərtləşmək tələbi artıq məlumdur. İraqda Həşd Şabi də daxil olmaqla İran təsirində olan qüvvələrin artıq Suriya sərhəddində startda olduğu haqda da məlumatlar var. ABŞ guya Malikinin gəlməsinə narazı kimi görünür, amma əslində şərtlərlə razılaşdığı, öhdəlik götürdüyü təqdirdə ona imkanlar yaradıla bilər.

Maliki hakimiyyətinin Suriyaya qarşı olacağı və daima təhlükə saçacağı İsrail üçün də vacibdir. İran Malikiyə dəstək verməklə hələ də İsrailə lazım olduğunu sübut etmək istəyir ki, bəlkə son anda belə hərbi müdaxiləyə məruz qalmasın".

Nəsimi

Xəbər lenti