Dünya 29-01-2026, 10:07

ABŞ bölgədə hərbi mövqelərini möhkəmləndirir

ABŞ bölgədə hərbi mövqelərini möhkəmləndirir
“The Economist” nəşrinin yazdığına görə, ABŞ artıq potensial münaqişə ssenarisinə uyğun olaraq Yaxın Şərqdəki hərbi mövcudluğunu ciddi şəkildə gücləndirib. Bölgəyə “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri, təyyarədaşıyan gəmi qrupları, qırıcılar, tanker təyyarələri və logistika mərkəzləri yerləşdirilib.

Nəşr qeyd edir: “Təyyarədaşıyan gəmi, qırıcılar, Patriot və THAAD sistemləri, tanker təyyarələri və logistika artıq mövqelərini tutub. ABŞ-ın bölgədəki qüvvə strukturu sürətlə dəyişir”. Son günlərdə ABŞ hərbi nəqliyyat təyyarələrinin Küveyt və Səudiyyə Ərəbistanındakı bazalara intensiv uçuşları da bu hazırlığın tərkib hissəsidir.

Planetinfo.az xəbər verir ki, siyasi şərhçi Mürtəza Bünyadlı deyib ki, ABŞ Hərbi Hava Qüvvələrinin Mərkəzi Komandanlığı (AFCENT) uzunmüddətli hava təlimlərinə başladığını açıqlayıb. AFCENT komandanı Derek Frans bildirib ki, şəxsi heyətimiz çətin şəraitdə tərəfdaşlarla birlikdə təhlükəsiz və dəqiq əməliyyatlar aparmaq qabiliyyətini nümayiş etdirir: “Bu, döyüşə hazırlıq vəziyyətində olmağa xidmət edir”.

Onun fikrincə, ABŞ-ın hərbi fəallığına cavab olaraq İran Hörmüz boğazı ətrafında genişmiqyaslı hərbi təlimlərə başlayacağını elan edib. Tehran Hörmüz boğazında 27–29 yanvar tarixlərində 5 dəniz mili radiusunda hava məkanı təhlükəli zona elan edilib.

Eyni zamanda İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanlığı açıq hədələr səsləndirib:

"Komandan Məhəmməd Əkbərzadə bildirib ki, qonşu ölkələr bizim dostumuzdur: “Amma onların əraziləri və ya hava məkanı İrana qarşı istifadə olunarsa, onlar düşmən hesab ediləcək”.
Bu bəyanat faktiki olaraq münaqişənin regional miqyas ala biləcəyinə dair açıq xəbərdarlıqdır. Proseslərin gedişi onu göstərir ki, müharibə və ya hərbi qarşıdurmanın başlanması zaman məsələsidir.

Tramp hələlik yekun qərar verməsə də, Ağ Evdə bir neçə ssenarinin müzakirə olunduğu bəllidir. Ən real variant isə quru əməliyyatından yayınmaqla, venesuela ssenarisinə uyğun olaraq okean və dəniz platformalarından hədəfli zərbələrin endirilməsidir. Qurudan başlanan əməliyyatının keçrilməsi istər-istəməz genişmiqyaslı xarakter alacaq və bu da İranın iqtisadi cəhətdən uzunmüddətli müharibə aparmaq üçün imkanları az olsa da, amma müharibə coğrafiyasının genişlənmə ehtimalı yarada bilər. Tehran rejimi “cəhənnəmə gedən özünüə yoldaş axtarar” prinsipinə uyğun olaraq ölüm ayağında belə bölgəni xaosa çevirmək üçün ən piss senarilərə əl ata bilər. Tehran rejimi əlindəki bütün hərbi imkanlardan və proksi güclərədn istifadə edə bilər və bu da istisna deyil. Və bu təhlükə var. Məhz ABŞ-ın bölgədəki müttəfiqlərini də narahat edən məsələ budur".

Nəsimi

Xəbər lenti