Dünya 29-01-2026, 08:03

Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit təklif edib



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampa İranla bağlı üçtərəfli sammit keçirməyi təklif edib.

Planetinfo.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Ərdoğan bu təklifi 27 yanvarda ABŞ prezidenti ilə telefon danışığı zamanı səsləndirib. Türkiyə lideri ABŞ, İran və Türkiyə arasında videokonfrans vasitəsilə zirvə görüşünün keçirilməsini istəyib. Trampın Ərdoğanın təklifinə müsbət yanaşdığı bildirilir.

Qəzet həmçinin İranın xarici işlər naziri Abbas Arağçının bu həftə həmkarı Hakan Fidanla danışıqlar aparmaq üçün Türkiyəyə səfər edəcəyini bildirib, lakin konkret tarixlər açıqlanmayıb.

Türkiyə və İran xarici işlər nazirləri sonuncu dəfə yanvarın 28-də telefonla danışıblar və İran ətrafındakı son hadisələri və bölgədəki gərginliyin azaldılması səylərini müzakirə ediblər.

Anar

Xəbər lenti