Dünya 30-01-2026, 07:28

"ABŞ fərdi taktiki yanaşmaya üstünlük verir"

"ABŞ fərdi taktiki yanaşmaya üstünlük verir"
Beynəlxalq siyasi dairələrdə İran ətrafında mümkün hərbi ssenarilər müzakirə olunarkən, əsas şərt kimi dinc əhali arasında itkilərin minimuma endirilməsi ön plana çəkilir. Mənbələrin bildirdiyinə görə, mümkün zərbələrin hədəfi İranın dini hakimiyyət rejiminin zəiflədilməsi və nəticə etibarilə onun süqutuna nail olmaqdır.

Bunu Planetinfo.az-a siyasi ekspert Elşən Həsənov deyib.

O, qeyd edib ki, bu prosesin ardınca hakimiyyətin ölkədə azad və şəffaf seçkilər keçirilənədək müvəqqəti keçid hökumətinə ötürülməsi əsas məqsəd kimi dəyərləndirilir:

"Analitiklər vurğulayırlar ki, ABŞ quru ərazilərdən genişmiqyaslı hərbi müdaxilənin effektiv nəticə verməyəcəyini nəzərə alaraq, fərqli taktiki yanaşmaya üstünlük verir. Bu çərçivədə zərbələrdən sonra əsas dəstəyin həm İran ərazisinə xaricdən yeridilmiş məhdud saylı diversiya qruplarına, həm də ölkənin müxtəlif bölgələrində mümkün xalq etirazları və üsyanlara yönəldiləcəyi istisna edilmir. Məqsəd, hərbi əməliyyatları minimum səviyyədə saxlayaraq, daxili siyasi proseslərin sürətlənməsinə zəmin yaratmaqdır".

Nəsimi

Xəbər lenti