Dünya 30-01-2026, 09:52

ABŞ iranlı yüksək vəzifəli şəxslərə qarşı viza məhdudiyyətləri tətbiq edib

ABŞ iranlı yüksək vəzifəli şəxslərə qarşı viza məhdudiyyətləri tətbiq edib
ABŞ-ın dövlət katibi Marko Rubio iranlı yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin ABŞ-da qalma imtiyazlarını ləğv edib.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, bu addım İran xalqının əsas hüquqları uğrunda mübarizəsini davam etdirdiyi bir vaxtda atılıb. Bildirilib ki, İran rejiminin qəddar repressiyalarından faydalanan şəxslərin ABŞ-ın immiqrasiya sistemindən istifadə etmək hüququ yoxdur.

“İran xalqı öz fundamental hüquqları uğrunda mübarizəni davam etdirərkən, dövlət katibi Marko Rubio bu həftə iranlı yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin ABŞ-da qalma imtiyazlarını ləğv etmək üçün tədbirlər görüb”, – deyə açıqlamada qeyd olunub.

Nəsimi

Xəbər lenti