Rumıniyanın keçmiş prezidenti Trayan Besesku Vladimir Zelenskini Aİ-yə hücumlarına görə tənqid edib.
Planetinfo.az TASS-a istinadən bildirir ki, Besesku Zelenskinin faciəli aktyor kimi siyasi karyerasına son qoyacağına inanır.
"Zelenski Avropaya mühazirələr oxumağa, bizi danlamağa, başlayıb. Siyasətə komediyaçı kimi gəldiyini, amma sonda faciəvi aktyor olacağını anlamır", - deyə o, bildirib .
Keçmiş dövlət başçısı ABŞ prezidenti Donald Trampın Zelenskiyə nisbətən Rusiya prezidenti Vladimir Putinə daha çox rəğbət bəslədiyini deyib.
Qeyd edək ki, Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərkən Aİ-ni tənqid etmiş, o cümlədən avropalıları siyasi məsələlərdə qətiyyətsizlikdə günahlandırmışdı.
Anar