"İranın ABŞ və ya digər ölkələr tərəfindən vurulmasına qətiyyən qarşıyam. Bu gün qardaş ölkəmiz Türkiyənin İrana qarşı mümkün xarici müdaxilənin qarşısını almaq istiqamətində apardığı diplomatik rolu təqdir edirəm".
Planetinfo.az xəbər verir ki, bunları "Dialoq və İnkişaf Naminə" ictimai birliyinin sədri Çingiz Bayramov deyib. O bildirib ki, İranda yaşayan 50 milyondan çox türk ölkənin bütün ərazilərində öz dədə-baba torpaqlarında məskunlaşıb:
"Oraya bomba yağması, həmin ərazilərdə yaşayan uca millətimizin övladlarının pərişan olması deməkdir.
Heç şübhəsiz, “İran” adlanan ölkədə hakim olan fars molla rejimi yaxın zamanda öz ömrünü tamamlayacaq. İranda rejimin dəyişməsinin xarici ölkələrin bombaları olmadan, daxili iradə ilə gerçəkləşəcəyinə ümid edirəm".
Çingiz Bayramov hesab edir ki, tarixi ədalət bərpa olunacaq və İran bütövlükdə Böyük Azərbaycan olacaq.
Anar