"Suriyanın şimal-şərqində 10 ildən artıq fəaliyyət göstərən YPG/PKK terror təşkilatının fəaliyyətinə son verildi. Suriya ordusu mərkəz Haseke olmaqla bütövlükdə kürd separatçıların nəzarətində olan ərazilər üzrə suverenliyi bərpa etdi".
Planetinfo.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, PKK Suriya qolu olan YPG\PYD terror təşkilatının üzvləri şəxs olaraq Suriya ordusuna qatıla bilər:
"Amma, kürd silahlı qüvvələrindən ibarət hər hansı bir briqadanın olmasına icazə verilməyəcək. Suriya dövləti kürdlərə vətəndaşlıq verərək, onların təməl hüquqlarını tanıdı.
Suriyada Kürd separatçıların lideri Mazlum Abdı və Suriya prezidenti Əl Şəara saziş bağladı və Suriyanın suverenliyi şimal -sərqi Suriyada təmin olundu".
Məhəmməd Əsədullazadə deyib ki, Türkiyə Suriyada onun təhlükəsizliyini və suverenliyini təhdid edən bir terror təşkilatının sonunu gətirdi:
"Türkiyə öz ordusu ilə deyil, məhz Suriya ordusu tərəfindən edilməsi rəsmi Dəməşqin mövqeyini gücləndirdi. Əgər, Türkiyə hərbi əməliyyatlar keçirsəydi, YPG öz legitimliyini qoruyub saxlaya bilərdi. Amma, Suriya ordusunun bunu etməsi, rəsmi Dəməşqlə anlaşması beynəlxalq hüquq baxımından legitim oldu".
Anar