Dünya 2-02-2026, 12:30

Ərdoğan sabah Səudiyyə Ərəbistanına gedir



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfərə gedəcək.

Planetinfo.az Türkiyə Prezidentinin İnformasiya İdarəsinə istinadən bildirir ki, səfərdə Ərdoğanı Türkiyə-Səudiyyə Ərəbistanı Biznes Şurasının sədri Haşim Süngü və türk iş adamlarından ibarət nümayəndə heyəti müşayət edəcək.

Türkiyə liderinin Səudiyyə Ərəbistanına səfərinin əsas gündəliyinin ticarət həcminin artırılması, qarşılıqlı investisiyaların təşviqi və özəl sektor əməkdaşlığının dərinləşdirilməsi olacağını bildirilir.

"Prezident Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri iki ölkə arasındakı münasibətləri, xüsusən də iqtisadi və investisiya ölçüsünü daha inkişaf etmiş mərhələyə qaldırmaq iradəsinin güclü göstəricisidir. Səfərin əsas gündəliyi yeni razılaşmalar əldə etmək, ticarət həcmini artırmaq, qarşılıqlı investisiyaları təşviq etmək və özəl sektor əməkdaşlığını dərinləşdirməkdir",-deyə açıqlamada bildirilir.

Anar

Xəbər lenti