Dünya 2-02-2026, 13:54

Rusiya İran ətrafında gərginliyin azaldılmasına kömək etməyə hazırdır



Rusiya Federasiyası İran ətrafında yaranmış gərginliyin azaldılmasına kömək etməyə hazırdır.

Planetoinfo.az TASS-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitriy Peskov deyib. O qeyd edib ki, ölkəsi mövcud gərginlyiin aradan qaldırılması üçün tərəflər arasında vasitəçilik də edə bilər.

Kremlin mətbuat katibi zənginləşdirilmiş uranın İrandan Rusiyaya daşınması məsələsinə də toxunub.

"Zənginləşdirilmiş uranın İrandan Rusiyaya daşınması məsələsi uzun müddətdir gündəmdədir və Moskva bütün maraqlı tərəflərlə əlaqələrini davam etdirir",-deyə Peskov bildirib.

Anar

Xəbər lenti