Hindistan Rusiya nefti əvəzinə, Venesuela nefti alacaq.
Tramp Modi Rusiyadan neft alışını dayandırmağa razılaşdıqdan sonra Hindistana tətbiq olunan tarifləri azaldır.
Planetinfo.az CNN-ə istinadən xəbər verir ki, Prezident Donald Tramp bazar ertəsi günü Hindistandan idxal olunan mallara tətbiq edilən tarifləri azaldacağını elan etdi. Bunun müqabilində isə, digər şərtlərlə yanaşı, Hindistanın Rusiyadan neft almağı dayandıracağına dair vəd verildiyini bildirdi.
Bu isə asan məsələ olmayacaq: qlobal ticarət məlumatları təminatçısı Kplerin məlumatına görə, Tramp Hindistan mallarına cəza məqsədilə tariflər tətbiq etdikdən aylar sonra belə, Hindistan gündə təxminən 1,5 milyon barel Rusiya nefti idxal etməyə davam edib. Rusiya nefti Hindistanın ümumi neft idxalının üçdə birindən çoxunu təşkil edir.
Tramp sosial şəbəkədə paylaşımında bildirib ki, bazar ertəsi səhər Hindistanın baş naziri Narendra Modi ilə danışıb və Modi Rusiyadan alınan xam nefti Venesuela və ABŞ-dan alınan neftlə əvəz etməyə razılaşıb.
“Tortoise Capital” şirkətinin baş portfel meneceri Rob Thummel-in sözlərinə görə, Venesuela nefti keyfiyyət baxımından Rusiya neftinə bənzəyir — ağır və kükürdlü (heavy, sour) tərkiblidir və Hindistanın emal zavodlarının artıq uyğunlaşdırıldığı yanacaq yağı və dizel kimi məhsulların istehsalı üçün idealdır.
Nəsimi