Dünya 3-02-2026, 04:37

"ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə İsrail Tehranın hədəfinə çevriləcək"

"ABŞ-ın İrana zərbə endirəcəyi təqdirdə İsrail Tehranın hədəfinə çevriləcək"
İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Şəmxani Əl Mayadin televiziyasına müsahibəsində bildirib ki, İsrail ərazisi ABŞ-ın təcavüzü halında İran üçün qanuni hədəfə çevriləcək, çünki “onlar birdir”.

Planetinfo.az TASS-a istinadən xəbər verir ki, o, ABŞ-ın İslam Respublikası ərazisinə zərbə endirəcəyi təqdirdə Tehranın İsrailə qarşı cavab tədbirləri ilə bağlı sualı cavablandırarkən deyib: “İsrail və Amerika iki ayrı qurum deyil, bir bütövdür”.

"Əgər Amerika zərbə endirsə, o zaman İsrail də iştirak edəcək və bizim cavabımız mütənasib olmalıdır" deyən Şamxani cavabın miqyasının "onların hərəkətlərindən və addımlarından asılı olduğunu" vurğulayıb.

Nəsimi

Xəbər lenti