Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistana dövlət səfərinə gedib.
Planetinfo.az Akorda-ya istinadən bildirir ki, Pakistan sərhədinə daxil olan Tokayevin təyyarəsini bu ölkənin Hərbi Hava Qüvvələrinin təyyarələri müşayət edib.
Səfər çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə danışıqlar aparılacaq. Görüşlər zamanı siyasi, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.
Kasım-Jomart Tokayevin Qazaxıstan-Pakistan Biznes Forumunda iştirakı planlaşdırılır.
Qeyd edək ki, bu, Kasım-Jomart Tokayevin 2026-cı ildə ilk dövlət səfəridir.
Anar