Rusiya, Belarus, İran, Şimali Koreya və Myanma Avrasiya Xartiyası üzrə inklüziv məsləhətləşmə prosesinə başlamaq barədə razılığa gəliblər.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, XXI əsrdə Avrasiya Müxtəliflik və Çoxqütblülük Xartiyasının hazırlanması ideyası ilə bağlı müvafiq əsaslı və prosedur məsələlərini müzakirə etmək üçün Avrasiya formatında Avrasiya Xartiyası üzrə inklüziv məsləhətləşmə prosesinə başlamaq barədə razılığa gəlinib. Vaxt və məkan gələcəkdə iştirakçılar tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, XXI əsrdə Avrasiya Müxtəliflik və Çoxqütblülük Xartiyasının hazırlanması ideyası ilk dəfə 2023-cü ilin oktyabr ayında Minskdə keçirilən Birinci Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında səsləndirilib. Gələcək sənədlə bağlı müzakirələr 2024 və 2025-ci illərdə aparılıb.
Anar