Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların yeni mərhələsi planlaşdırılır.
Planetinfo.az TASS-a istinadən bildirir ki, danışıqların növbəti mərhələsi 4-5 fevral tarixlərində keçiriləcək. Tərəflərin sabah yenidən BƏƏ-yə səfər edəcəkləri bildirilir.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Ukrayna danışıqlar qrupunun işinin tənzimlənəcəyini bildirmişdi. O, bu açıqlamanı enerji infrastrukturuna dəyən ziyan və yaranmış vəziyyətə həsr olunmuş iclasdan sonra vermişdi.
Anar