Dünya 4-02-2026, 00:27

İran-Amerika danışıqları Maskatda keçiriləcək



İran və ABŞ nümayəndələri arasında danışıqlar, əvvəlcədən planlaşdırıldığı kimi, İstanbulda deyil, Maskatda keçiriləcək.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bu barədə "Əl-Cəzirə" İranlı diplomatik mənbələrə istinadən bildirib.

Kanalın mənbəyi qeyd edib ki, İran region ölkələrinə Tehran və Vaşinqton arasındakı fikir ayrılıqlarına həll yolu tapmaq və gərginliyi azaltmaq səylərinə görə minnətdardır.

Qeyd edək ki, İran Amerika ilə danışıqların Türkiyə deyil, Omanda keçirilməsini tələb edib.

Anar

Xəbər lenti