Dünya 4-02-2026, 15:15

ABŞ Çini müharibəsiz dayandırmağa çalışır



Venesuela və İran sadəcə nöqtələr deyil, onlar Çin iqtisadi maşınının yanacaq çənləri idi. ABŞ bu çənləri deşməklə Pekini müharibəsiz dayandırmağa çalışır.

Planetinfo.az xəbər verir ki, bunları politoloq Rüstəm Tağızadə deyib. O bildirib ki, bu, klassik dolayı hərəkət strategiyasıdır:

"Nəticədə, gələcək nizamı iqtisadiyyatın həcmi deyil, o iqtisadiyyatı qorumaq üçün kimin ilk tətiyi çəkməyə hazır olduğu müəyyən edəcək. Şahmat taxtasında vaxt artıq Çinin müttəfiqi deyil, ABŞ-ın təzyiq alətidir".

Onun sözlərinə görə, ABŞ açıq şəkildə göstərir ki, qlobal mövqelərini qorumaq və bərpa etmək üçün hərbi alətləri masadan götürməyib:

"Çin isə hələlik bu mərhələyə keçməyib. Ya buna hazır deyil, ya da vaxtın öz xeyrinə işlədiyini düşünür".

Anar

Xəbər lenti