Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərifin dəvəti ilə bu ölkəyə dövlət səfərinə yola düşüb.
Planetinfo.az Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən bildirir ki, səfər çərçivəsində İslamabadda yüksək səviyyəli danışıqlar və Strateji Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.
Keçirilən görüşlərdə Özbəkistan-Pakistan dostluğunun və strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq.
Zirvə görüşünün sonunda Birgə Bəyannamənin və ikitərəfli sənədlərin əhəmiyyətli paketinin imzalanması planlaşdırılır.
Anar