Vaşinqton 6 fevral danışıqları zamanı irəliləyiş və məqbul bir razılaşma əldə etmək perspektivini görərsə, İranla münaqişəni həll etmək üçün güc tətbiq etməkdən çəkinəcək.
Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker deyib.
"ABŞ prezidenti Donald Tramp sonsuz səbirli olmayacaq, amma irəliləyiş, hərəkət, potensial razılaşma görərsə, mütləq hər şeyi nəzərdən keçirəcək. Potensial bir razılaşma olub-olmadığını indidən demək tezdir. İranlılar nüvə ambisiyalarından imtina etməkdə ciddidirlərsə, çox güman ki, razılaşma olacaq. Amma əgər belə deyilsə, onlar üçün nəticələr ağır olacaq", - deyə Uitaker bildirib.
Qeyd edək ki, 2025-ci ildə ABŞ-İran nüvə danışıqlarının beş raundu İsrailin İslam Respublikasına qarşı hərbi əməliyyatlarına başlaması səbəbindən nəticəsiz başa çatdı.
Anar