Dünya 5-02-2026, 14:24

Lavrov Ermənistandan gileyləndi



"Rusiya vaxtaşırı Ermənistana qarşı "şimaldan hücumlar" barədə qəribə, mifik açıqlamalar eşidir. Bu bizim üçün qəribədir".

Planetinfo.az xəbər verir ki, bunlarl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın Milli Məclisinin sədri Alen Simonyanla görüşündə deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Ermənistana şimaldan bəzi mifik hücumların hazırlandığı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından mövcudluq təhlükəsi barədə vaxtaşırı açıqlamalar eşitmək Moskvanı narahat edir.

Lavrovun sözlərinə görə, Böyük Vətən Müharibəsi də daxil olmaqla, Sovet dövründə Rusiya və Ermənistanın ortaq tarixi olub və bu gün həmin tarixi sorğulamaq cəhdləri var.

Anar

Xəbər lenti