Dünya Dün, 22:42

Tramp: "İranla razılığa gəlməsək, ABŞ ona qarşı sərt tədbirlər görəcək"



Vaşinqton və Tehran İslam Respublikasının nüvə proqramı ilə bağlı razılığa gələ bilməsələr, Ağ Ev administrasiyası İrana qarşı sərt tədbirlər görəcək.

Planetinfo.az TASS-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib. Ağ Ev rəhbəri "Axios
"- a verdiyi müsahibədə deyib ki, İranla razılaşma əldə edilməlidir.

Tramp, 2025-ci ilin iyun ayında İranın nüvə obyektlərinə endirilən zərbələrə toxunaraq deyib:

"Ya razılaşma əldə edəcəyik, ya da ötən dəfəki kimi sərt tədbirlər görməli olacağıq".

Anar

Xəbər lenti