Los-Anceles meri Karen Bass adı Epşteynin sənədlərində hallanan 2028-ci il Yay Olimpiya Oyunlarının təşkilat komitəsinin rəhbəri Keysi Vassermanın istefasını tələb edib.
Planetinfo.az xəbər verir ki, bu barədə mer CNN-ə müsahibə verərkən danışıb.
"Mən onu işdən çıxara bilmərəm. Amma düşünürəm ki, adı Epşteynin sənədlərində hallandığı üçün özü istefa verməlidir".
51 yaşlı Vasserman Los-Ancelesin 2028-ci il Oyunlarına ev sahibliyi etmək üçün namizədliyin hazırlanmasında mühüm rol oynayıb.
Qeyd edək ki, Los-Anceles Yay Olimpiya Oyunları 2028-ci ildə keçiriləcək.