Fransa Prezidenti Emmanuel Makron müttəfiqlərinin əsas vəzifələrə təyinatını sürətləndirərək ölkənin potensial müxalif prezidentinin siyasətini cilovlamağa çalışır.
Planetinfo.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Qəzet qeyd edib ki, Makron yaxınlaşan təhlükədən narahatdır və nüfuzunu artırmaq istəyir. Hər şey 2027-ci ilin may ayında keçiriləcək prezident seçkilərindən əvvəl həll olunacaq.
Qeyd olunur ki, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyerri Burkardın yerinə təyin edilməsi qismən müxalif Milli Yürüş partiyasının potensial mübahisəli təkliflərinə, o cümlədən Parisin NATO-nun Birgə Komandanlığından çıxma ehtimalına qarşı çıxmaq üçün kifayət qədər nüfuzlu birini təyin etmək istəyi ilə əlaqədardır.
Dəyişikliklər ölkənin Xarici İşlər Nazirliyinə də təsir edəcək, çünki Vaşinqton, London, Berlin və Kiyev də daxil olmaqla 60-dan çox bölgədəki Fransa diplomatik nümayəndəlikləri yaxın aylarda yeni səfirlər gözləyir.
Son sorğulara görə, Milli Yürüş partiyasının lideri Marin Le Pen qarşıdan gələn prezident seçkilərində potensial namizədlərin reytinqinə liderlik edir və partiyasının lideri Cordan Bardella ilə birinci yer uğrunda mübarizə aparır.