Avropa Parlamenti süni intellekt sistemlərinin istifadəsini tənzimləyən genişmiqyaslı qanun layihəsini təsdiqləyib.
Planetinfo.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qaydalara əsasən, yüksək riskli süni intellekt sistemləri ciddi nəzarət mexanizmlərinə tabe olacaq.
Qanun layihəsi vətəndaşların şəxsi məlumatlarının qorunmasını, ayrı-seçkiliyin qarşısının alınmasını və şəffaflıq tələblərinin gücləndirilməsini nəzərdə tutur. Ekspertlər bu qərarı qlobal miqyasda ən böyük tərəqqi adlandırıblar.