Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının fövqəladə iclasında Qəzzadakı humanitar vəziyyət müzakirə olunub.
Planetinfo.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
İclas zamanı bir sıra üzv dövlətlər atəşkəsə çağırış edib və mülki əhalinin qorunmasının vacibliyini vurğulayıb.
Məlumata görə, bölgədə ərzaq, su və tibbi ləvazimat çatışmazlığı getdikcə dərinləşir.
Diplomatik mənbələr danışıqların davam etdiyini, lakin tərəflər arasında ciddi fikir ayrılıqlarının olduğunu bildirirlər.