Qətərin dünyaca məşhur "Əl Cəzirə" telekanalı Şimali Afrika ölkələrinin birində artan qiymətlərə qarşı keçirilən etiraz aksiyaları haqda geniş reportaj hazırlayıb.
Planetinfo.az telekanal istinadən xəbər verir ki, süjetdə işsizlik səviyyəsinin yüksəlməsi və sosial narazılığın artması əsas səbəblər kimi göstərilib.
Eyni zamanda, süjetdə Afrikada insanların necə acınacaqlı vəziyyətdə yaşamasından, dövlətin vətəndaşına sahib çıxmaması və bu qəbildən olan bir sıra problemlərdən bəhs olunub.
Video material qısa müddət ərzində dünyada yayılıb.