Dünya 17-02-2026, 16:40

Almaniyada miqrantlarla bağlı müzakirə - Əmək bazarına inteqrasiya edilə bilərlər


Almaniyanın beynəlxalq "Deutsche Welle" mətbuat orqanı ölkədə miqrantların əmək bazarına inteqrasiyası ilə bağlı siyasi debatlar barədə reportaj yayımlayıb.

Planetinfo.az xəbər verir ki, süjetdə əks olunub ki, müzakirələrdə dil kurslarının genişləndirilməsi və peşə hazırlığı proqramlarının artırılması təklif olunur.

Debatlarda iştirak edən bəzi iqtisadçılar miqrantlara güzəşt etməyi, eyni zamanda onlara şans verməyi təklif ediblər. Bəzi iqtisadçılar isə bunun ölkənin iqtisadi gücünə xələl gətirəcəyini, maliyyə pozuntularının, o cümlədən cinayət və asayişin pozulacağını bildiriblər.

Hazırda müzakirə edilən məsələ ilə bağlı yekun qərara gəlinə bilməyib.

Xəbər lenti