"Hindistan və Fransa hökumətləri bütün münaqişə bölgələrində sülh səylərini dəstəkləməyə davam edəcək".
Planetinfo.az xəbər verir ki, bu sözləri Hindistanın Baş naziri Narendra Modi Mumbayda Fransa Prezidenti Emmanuel Makronla birgə mətbuat konfransında deyib.
"Biz Ukrayna, Yaxın Şərq və ya Hind-Sakit Okean regionu olsun, bütün bölgələrdə sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləməyə davam edəcəyik", - deyə Modi bildirib.
Modinin sözlərinə görə, Hindistan və Fransa demokratik dəyərlərə, qanunun aliliyinə və çoxqütblü dünyaya inanırlar.