İsveçrənin Cenevrə şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında növbəti diplomatik danışıqlar raundu keçirilib.
Planetinfo.az xarici mediaya istinadən xəbər verir ki, görüşdə atəşkəs mexanizmləri, humanitar dəhlizlərin açılması və əsir mübadiləsi məsələləri müzakirə olunub.
Qərb diplomatları bildiriblər ki, tərəflər arasında əsas fikir ayrılığı təhlükəsizlik zəmanətləri və işğal olunmuş ərazilərin statusu ilə bağlıdır.
ABŞ və Avropa İttifaqı müşahidəçi qismində prosesdə iştirak edir.