Vaşinqtonda Konqres üzvləri Ukraynaya ayrılacaq yeni hərbi və maliyyə yardım paketini müzakirə ediblər.
Planetinfo.az xəbər verir ki, paketə hava hücumundan müdafiə sistemləri, sursat və humanitar yardım daxildir.
Respublikaçı və Demokrat senatorlar arasında müəyyən fikir ayrılıqları olsa da, təhlükəsizlik məsələlərinin prioritet olduğu vurğulanıb.
Ağ Ev yardımın gecikməsinin regionda qüvvələr balansına təsir edə biləcəyini bildirib.