Dünya 18-02-2026, 14:19

"Estoniya zərurət yaranarsa, NATO-nun nüvə silahlarını öz ərazisində yerləşdirəcək"


"Estoniya zərurət yaranarsa, NATO müttəfiqlərinin nüvə silahlarını öz ərazisində yerləşdirməyə hazırdır".

Planetinfo.az xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna danışıb.

"Biz ərazimizdə nüvə silahlarının yerləşdirilməsinə qarşı deyilik. NATO müdafiə planlarımıza uyğun olaraq, məsələn, ərazimizdə nüvə silahlarının yerləşdirilməsini zəruri hesab edərsə, bunu istisna edəcək heç bir doktrinamız yoxdur", - deyə o bildirib.

Estoniyanın nüvə silahı yoxdur.

Xatırladaq ki, fevralın 15-də Polşa prezidenti Karol Navrotski ölkənin öz nüvə silahlarının inkişaf etdirilməsini davam etdirməli olduğunu bildirib.

Xəbər lenti