Çin Dövlət Statistika İdarəsi son 3 ay üzrə iqtisadi göstəriciləri açıqlayıb.
Planetinfo.az xəbər verir ki, ÜDM artımı gözləniləndən aşağı olub.
Əsas səbəblər kimi daşınmaz əmlak sektorundakı durğunluq və daxili istehlakın azalması göstərilir.
Ekspertlər rəsmi Pekinin iqtisadiyyatı stimullaşdırmaq üçün yeni tədbirlər tətbiq edəcəyini bildirirlər.
Çin iqtisadiyyatında baş verən dəyişikliklər qlobal bazarlara da təsir göstərib.