Dünya 18-02-2026, 17:23

Cenevrə görüşü yeni mərhələyə yol açdı - İran və ABŞ razılığa gəldi


İran və Qərb arasında nüvə proqramının məhdudlaşdırılması ilə bağlı danışıqlar yeni mərhələyə qədəm qoyub.

Planetinfo.az
xarici mətbuata istinadən xəbər verir ki, İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, tərəflər əsas prinsip məsələlərində razılığa gəliblər və artıq danışıqların mətni üzərində detallı işlərə başlanılıb.

İran nüvə proqramının sülh məqsədli olduğunu və beynəlxalq nüvə agentlikləri ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu bəyan edib.

Qərb ölkələri isə Tehranı əldə olunmuş razılaşmanın icrasına ciddi riayət etməyə çağırıb. Analitiklər hesab edirlər ki, bu razılaşma həyata keçərsə, bir neçə il davam edən gərginliklərin yumşalmasına, regionda iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verə bilər.

Əldə edilən məlumatlara görə, razılaşmanın tərkib hissəsinə İranın nüvə fəaliyyətlərinə dair daha sıx beynəlxalq nəzarət mexanizmləri, sanksiyaların mərhələli şəkildə aradan qaldırılması və regiondakı hərbi gərginliyin azaldılması istiqamətləri daxildir.

Xəbər lenti