Dünya 19-02-2026, 14:01

Ukraynalı deputatlar zəhərləndi - Parlament iclaslarına qatıla bilmədilər



Ötən həftə mümkün zəhərlənmə səbəbindən parlament iclaslarında iştirak etməyən Radanın deputatları norovirusa yoluxublar.

Planetinfo.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin mətbuat xidməti məlumat yayıb.

Ali Radanın Telegram kanalında bildirilib ki, PCR testi göstərib ki, testdən keçən bütün şəxslərdə eyni tip virus - norovirus aşkarlanıb.

Parlament artıq infeksiyanın yayılmasının qarşısını almaq üçün tədbirlər görüb.

Xəbər lenti