Dünya Bugün, 16:45

Ermənistanın yeni parlamentində ruslar da təmsil olunacaq


Bu il iyunun 7-də keçiriləcək seçkilərdən sonra formalaşacaq Ermənistan parlamentində rus xalqının nümayəndələri təmsil olunacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Məlumata görə, parlamentdə dörd yerin ən böyük milli azlığın nümayəndələri üçün ayrıldığı nəzərdə tutulur.

Mərkəzi Seçki Komissiyasının Facebook hesabındakı paylaşımında bildirilib ki, 2022-ci il əhali siyahıyaalmasına görə, Ermənistanda ən çox daimi əhaliyə malik ilk dörd milli azlıq yezidilər (31079 nəfər), ruslar (14076 nəfər), assuriyalılar (2755 nəfər) və kürdlərdir (663 nəfər).

Xəbər lenti