"Bəzi MDB ölkələrinin suverenlikdən imtina etməsi səbəbindən Rusiya ciddi çətinliklərlə üzləşir".
Planetinfo.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Diplomat bildirib ki, tanınmış ölkələrin suverenliklərindən imtina etməsi nəticəsində Rusiya bu istiqamətlərdən birbaşa hərbi-siyasi, iqtisadi, psixoloji və digər təzyiqlərlə üzləşir.
O əlavə edib ki, Moskva bu təhdidləri azaltmaq üçün tədbirlər görür.
Qaluzin həmçinin Rusiyanın dağıldıqdan sonra müstəqil dövlətlərə çevrilmiş keçmiş Sovet respublikalarının suverenliyinə hörmətlə yanaşdığını və xarici siyasətinin hazırda onların milli maraqlarına yönəldiyini vurğulayıb.