Dünya Bugün, 17:32

Tramp Qəzzada hərbi baza tikdirmək istəyir


ABŞ Prezidenti Donald Tramp Qəzzada 350 km-dən çox ərazini əhatə edən 5000 nəfərlik hərbi baza tikməyi planlaşdırır.

Planetinfo.az xəbər verir ki, bu barədə “The Guardian” qəzetiməlumat əldə edib.

Obyektin gələcəkdə çoxmillətli, tamamilə könüllü hərbi qüvvə olması planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün hərbi əməliyyat bazası kimi xidmət etməsi gözlənilir.

Beynəlxalq sabitləşdirmə qüvvəsi, Qəzzada idarə etmək vəzifəsi daşıyan, bu yaxınlarda yaradılmış Sülh Şurasının bir hissəsidir.

Sülh Şurasına Tramp sədrlik edir.

Hərbi hissə mərhələli şəkildə tikiləcək və qoşqulu 26 zirehli müşahidə qülləsi, təlim meydançası, bunkerlər və hərbi texnika anbarı ilə əhatə olunacaq. Bütün baza tikanlı məftillərlə əhatə olunacaq.

Xatırladaq ki, Azərbaycan da Sülh Şurasına daxildir.

Xəbər lenti