"Avropa Komissiyası Aİ ölkələrindən müdafiə istehsalını 50 dəfə artırmağı tələb edir".
Planetinfo.az xəbər verir ki, bu barədə Madriddə keçirilən müdafiə forumunda çıxış edən Avropa Müdafiə və Kosmik Komissarı Andrius Kubilius bildirib.
O, xüsusi hərbi əməliyyatın başlamasından sonra Ukraynanın hərbi istehsalını 50 dəfə artırdığı deyib.
Avropa Komissarının sözlərinə görə, buna nail olmaq üçün Aİ ölkələri sənayenin silahlara uzunmüddətli və sabit tələbatını təmin etməlidirlər ki, bu da, Avropada sülh üçün zəruridir.